ABŞ-da ölkənin Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb

ABŞ Hərbi Hava Qüvvələrinin “T-38” səsdən sürətli təlim-tədris təyyərsi Alabama ştatı ərazisində hava limanı yaxınlığında qəzaya uğrayıb.

AzerTimes-ın məlumatına görə, bu barədə “ABC” telekanalı xəbər verib.

Məlumata əsasən, hadisə nəticəsində iki hərbi qulluqçusu həlak olub.

Təyyarə Alabama ilə qonşu Mississippi ştatındakı avia bazasında təlim uçuşları üçün istifadə edilib.

Hadisənin səbəbi hələ müəyyənləşməyib, hərbçilər araşdırma aparmaq niyyətindədirlər.