ABŞ-da metroda atışma açan şəxs terror aktı törətməkdə ittiham olunub

ABŞ-ın Nyu York hakimiyyəti metroda atışmada şübhəli bilinən
Frenk Ceymsi ictimai nəqliyyatda terror aktı törətməkdə ittiham
edib.

AzerTimes-ın
məlumatına görə, bu barədə Nyu-Yorkun Şərq dairəsi üzrə ABŞ
prokuroru Breon Pirs bildirib.

B.Pirs qeyd edib ki, şübhəli bilənən şəxsш bu ittiham əsasında “ömürlük həbs cəzası” gözləyir.

Hakimiyyət orqanları hələ ki, F.Ceymsi hücumu həyata keçirməyə
sövq edən motivi müəyyən etməyib.