ABŞ-da məktəbdə atışma olub, 2 nəfər yaralanıb

ABŞ-ın Buffalo şəhərində (Nyu-York ştatı) orta məktəbdə atışma olub, iki nəfər yaralanıb.

AzerTimes-ın məlumatına görə, bu barədə “Associated Press” polisə istinadən bildirib.

Polis komissarının müavini Cozef Qramalianın sözlərinə görə, məktəbin yaxınlığındakı dayanacaqda dərslərdən sonra atışma ilə nəticələnən mübahisə baş verib.

Nəticədə iki nəfər yaralanıb: şagird və mühafizəçi. Yeniyetmənin təcili əməliyyata ehtiyacı yaranıb.