ABŞ-da mağazada atışma olub, 5 nəfər yaralanıb

Xəbər - Orxan Nəbiyev – Trend:

ABŞ-ın Kaliforniya ştatında mağazada baş verən atışma nəticəsində 5 nəfər yaralanıb.

Trend-in məlumatına görə, hadisə Orovill şəhərində olub.

Şəhər merinin sözlərinə görə, həmin insidenti həyata keçirən şəxs daha sonra digər mağazada atəş açıb. Orada da xəsarət alanların olduğu deyilir.

Hazırda silahlı şəxs saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.