ABŞ-da koronavirusdan ölənlərin sayının 700 min nəfər yaxınlaşması qorxunc faktır – Ağ Ev

Ağ Evin mətbuat katibi Cen Psaki müntəzəm brifinqdə koronavirusun fəsadlarından ölən ABŞ sakinlərinin sayının 700 minə yaxınlaşmasını şok və qorxunc adlandırıb.

AzerTimes-ın məlumatına görə, o bildirib ki, bu, pandemiya səbəbindən həyatını itirənlərin sayı şok edici və qorxuncdur:

“Hesab edirəm ki, ABŞ prezidenti Co Bayden dəfələrlə ölkədə baş verən hər şeyə, o cümlədən COVID-19-a qarşı davam edən mübarizəmizə inanılmaz dərəcədə məsuliyyət daşıdığını söyləyib. Buna görə də bu işə diqqət yetirir, prezidentliyinin ilk günündən bu onun üçün əsas prioritetdir”.