ABŞ-da pandemiyanın başlanğıcından bəri yeni növ koronavirusun yaratdığı xəstəlikdən 900 mindən çox ölüm qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Con Hopkins Universitetindən məlumat verilib.
ABŞ-da pandemiyanın başlanğıcından bəri ümumilikdə 900 334 nəfər koronavirusdan dünyasını dəyişib. Eyni zamanda, təkcə son dörd həftədə 60 000-dən çox ölüm qeydə alınıb.
“CNN” telekanalından qeyd olunub ki, ABŞ-da COVID-19-un yaratdığı fəsadlarından ölənlərin təxminən üçdə biri 2020-ci ilin noyabrından 2021-ci ilin fevralına qədər, ölkədə yoluxma hallarında kəskin artımın qeydə alındığı vaxta təsadüf edib.
Pandemiya zamanı ümumilikdə 76,2 milyon ABŞ vətəndaşı koronavirusa yoluxub. “Omikron” ştammının yayılması fonunda son dörd həftə ərzində 17 milyondan çox yoluxma halı qeydə alınıb.