30 ildir həll olunmayan Qarabağ münaqişəsi 44 günlük müharibə nəticəsində həll olundu – İbrahim Kalın

30 ildir həll olunmayan Qarabağ münaqişəsinin ötən ilə qədər necə həll ediləcəyi ilə bağlı heç kimin təsəvvürü olmadığı halda problem 44 günlük müharibə nəticəsində həll olundu.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

“Heç kimin gözləmədiyi bir inkişaf oldu. 10 il əvvəl ‘Türkiyə ilə Azərbaycan cəmi 44 günə bir araya gələcək və Qarabağın azad olunmasını təmin olacaq” desəydi, yəqin hamımız buna şübhə ilə yanaşardıq. Elə bir fürsət və şərait yarandı ki, Qafqazın ən əsas məsələsi bir anda həll olundu. Türk Hava Yolları İrəvana uçuşlara başlayıb. 30 ildən sonra Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi gedir”, – deyə İ.Kalın qeyd edib.

Teqlər: