ABŞ-da keçirilən seçkinin nəticələri məlum oldu – KİV

ABŞ-da keçirilən seçkinin nəticələri məlum oldu – KİV

ABŞ-da aralıq seçkisində səsvermə başa çatıb. Səsvermənin yekunlaşdığı ilk seçki məntəqələri İndiana və Kentukki olub. Sonuncular isə Havay və Alyaskadır. Konqres seçkisində Respublikaçılar Partiyasının namizədləri liderlik edir. Senatla bağlı seçkidə isə hələ ki, aydınlıq yoxdur.

AzerTimes xəbər verir ki, CNN-in hesablamalarına görə, Respublikaçılar Nümayəndələr Palatasında 435 yerdən 179-una, Demokratlar isə 146-na sahiblənib. Senatda yerlər bərabər bölünür: Demokratlar və Respublikaçılar üçün hər biri 46 yer. Senatda 100 yer var.

NBC-nin məlumatına görə, Respublikaçılar Nümayəndələr Palatasında 215 yer, Demokratlar 220 yer qazanıb. Senatda yerlər bərabər bölünür – hər iki partiya 46 yer.

Həmçinin 24 ştatda Respublikaçılar Partiyasının, 17 ştatda Demokratlar Partiyasının namizədləri qubernator seçkisində qalib gəlir.

“FoksNyus”un məlumatına görə, Respublikaçılar Nümayəndələr Palatasında ən azı 170, Demokratlar isə 116 yer qazanıblar.

Teqlər: