ABŞ-da işçi çatışmazlığı ilə əlaqədar 100-dən çox aviareys təxirə salınıb

Xəbər - Orxan Nəbiyev – Trend:

ABŞ-ın “United Airlines” aviaşirkəti Milad bayramı ərəfəsində işçi çatışmazlığı ilə əlaqədar 100-dən çox reyis təxirə salıb.

Trend-in məlumatına görə, bu barədə şirkətin bəyanatında deyilir.

Qeyd olunur ki, işçilərin çatışmazlığı koronavirusun “omikron” ştammının yayılması ilə əlaqədardır.


Şirkətin məlumatına əsasən, uçuşları təxirə salınan sərnişinlərə digər reyslərlə uçuş təklif olunacaq.