ABŞ-da iki təyyarə toqquşdu: ölənlər var

ABŞ-da iki təyyarə toqquşdu: ölənlər var

ABŞ-ın Kaliforniya ştatının şimalında iki yüngülmotorlu təyyarənin toqquşması nəticəsində iki nəfər ölüb.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya İdarəsi məlumat yayıb.

Məlumata görə, içərisində iki nəfər olan “Cessna 340” və bir nəfər olan “Cessna 152” tipli təyyarə havada toqquşub. Hadisə təyyarələr eniş etmək istəyərkən baş verib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Teqlər: