ABŞ-da Hellouin şənlikləri qanla bitdi: 6 ölü, 40 yaralı

ABŞ-da Hellouin şənlikləri qanla bitdi: 6 ölü, 40 yaralı

ABŞ-da Hellouin şənliklərində baş verən atışmalarda azı 6 nəfər ölüb, 40-dan çox adam yaralanıb.

AzerTimes xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Hellouin ənənəvi olaraq oktyabrın 31-də qeyd olunur, lakin bu tarix 2023-cü ildə iş gününə düşdüyü üçün Amerikanın bir çox şəhərlərində şənliklər oktyabrın 28-dən 29-na keçən gecə baş tutub.

ABŞ-da bir neçə oxşar partiyada atışma baş verib.

Belə ki, Tampa şəhərində (Florida) atışmaya çevrilən kütləvi dava nəticəsində iki nəfər həlak olub, daha 18 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

İndiana ştatının İndianapolis şəhərində 100-dən çox insanın iştirak etdiyi bir gənclik məclisində açılan atəş nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb. Bütün qurbanların yaşı 16 ilə 22 arasında dəyişir.

Teqlər: