ABŞ-da helikopter qəzaya uğrayıb, ölən və yaralılar var

ABŞ-ın Texas ştatında helikopter qəzaya uğrayıb.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, nəticədə bir nəfər həyatını itirib, daha 3 nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Texas ştatının İctimai Təhlükəsizlik Departamentinin məlumatına görə, insident yerli vaxtla saat 11:45-də baş verib. Bell 206 helikopteri Livinqstonun cənub-şərqindəki meşədə qəzaya uğrayıb.

Həlak olan 54 yaşlı sərnişin olub, pilot və daha iki nəfər xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbləri barədə məlumat verilməyib, hazırda bunun üçün araşdırma aparılır.

Teqlər: