Xəbər - Trend?
ABŞ Nümayəndələr Palatasının üzvləri, Respublikaçı Mayk Keri və
Demokrat Debora Ross ABŞ-ın enerji sektoruna qarşı
kibertəhlükələrlə mübarizəyə yönəlmiş qanun layihəsini təqdim
ediblər.
AzerTimes-ın
məlumatına görə, bu barədə “The Hill” qəzeti xəbər verib.
“Konqresmenlər enerji sektorlarının qorunmasına yönəlmiş
kibertəhlükəsizlik qanun layihəsini təqdim ediblər”, – deyə
bildirilib.
Qeyd olunub ki, qanun layihəsi kibertəhlükəsizlik və enerji
infrastrukturu sahəsində təhsil alan aspirant və elmi işçilərə
maliyyə yardımı üçün ABŞ Energetika Nazirliyi əsasında qrant
proqramının yaradılmasını nəzərdə tutur.