ABŞ-da dükanda atışma olub, üç nəfər ölüb

ABŞ-ın Luiziana ştatında yerləşən Yeni Orlean şəhərində atışma nəticəsində üç nəfər həlak olub, iki nəfər yaralanıb.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, münaqışə silah dükanında baş verib.

Bildirilir ki, silahlı qarşıdurmanın ehtimal olunan səbəbkarı aldığı yaralardan yerindəcə ölüb.


Yaralıların vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Teqlər: