ABŞ-da Dördtərəfli Təhlükəsizlik Dialoqunun zirvə toplantısı keçiriləcək

Sentyabrın 24-də Vaşinqtonda Dördtərəfli Təhlükəsizlik Dialoqunun (Avstraliya, Hindistan, ABŞ və Yaponiya) zirvə toplantısı keçiriləcək.

AzerTimes-ın məlumatına görə, bu barədə Reuters agentliyi xəbər verib.

Amerika administrasiyasındakı mənbəyə görə, ABŞ prezidenti Co Bayden Ağ Evdə Avstraliya, Hindistan və Yaponiya liderlərini qəbul edəcək. Qeyd olunub ki, bu “dördlüyün” ilk üz-üzə görüşü olacaq.


Məlumata əsasən, liderlər “əlaqələrin dərinləşdirilməsi” və “yeni koronavirusun yayılması ilə mübarizə, iqlim dəyişikliyinə qarşı mübarizə, yeni texnologiyalar və kiber məkanda tərəfdaşlığın inkişafı və Hind-Sakit okean bölgəsində azadlığın və açıqlığın təmin edilməsində əməkdaşlığın inkişaf etdirilməsinə” diqqət yetirəcəklər.