ABŞ-da daşqın qurbanlarının sayı 22 nəfərə yüksəldi

ABŞ-ın Hamfris bölgəsində baş verən daşqın nəticəsində ölənlərin sayı 22 nəfərə qalxıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, 40-dan çox adam itkin düşüb.

Axtarışlar davam etdirilir.

Hamfris bölgəsi Tennessi ştatının paytaxtı Neşvil şəhərindən təxminən 100 km məsafədə yerləşir. Təbii fəlakət yolların bağlanmasına, kommunikasiyaların pozulmasına və əlaqələrin kəsilməsinə səbəb olub.

Teqlər: