Bütün pandemiya dövründə ABŞ-da COVID-19 infeksiyasının
nəticələrindən ölənlərin sayı 1 milyonu ötüb.
AzerTimes-ın məlumatına görə, bu barədə “NBC News” televiziya kanalı
xəbər verib.
“Məsələn, ABŞ-ın onuncu ən böyük şəhəri olan Kaliforniya
ştatının San Xose əhalisinə bərabər olan bu rəqəm heyrətamiz
sürətlə – ölkədə virusun ilk halının təsdiqlənməsindən 27 ay sonra
əldə edilib,” – deyə telekanal qeyd edib.
Məlumata əsasən, son həftələr vəziyyət nəzərəçarpacaq dərəcədə
yaxşılığa doğru dəyişməyə başlayıb:
“Bununla belə, hər gün təxminən 360 nəfər ölür”.
Qeyd edilib ki, ABŞ koronavirusdan ölənlərin sayına görə
“əhəmiyyətli fərqlə” digər ölkələri qabaqlayır, ikinci yerdə 660
mindən bir qədər çox ölən olan Braziliyadır.