ABŞ-da benzin qiyməti tarixi maksimumu yeniləyib

ABŞ-da benzin qiyməti rekord həddə artaraq tarixi maksimumu
yeniləyib.

Trend-in
məlumatına görə, bu barədə Amerika Avtomobil Assosiasiyası
bildirib.

Hazırda ölkənin əksər ştatlarında benzinin qiyməti bir qallon
(3,7 litr) üçün 4,67 dolları ötüb.

Ötən gün bu rəqəm 4,62 dollara bərabər idi. ABŞ-da benzin
qiymətləri ardıcıl üç həftədir ki, tarixi maksimumu yeniləyir.

Ölkədə ən bahalı benzin isə Kaliforniya ştatında satılır. Orada
benzinin bir qallonu 6,2 dollara yaxındır.