ABŞ-da benzin qiyməti rekord həddə bahalaşıb

ABŞ-da benzin qiyməti növbəti dəfə rekord vuraraq bir qallon
(3,7 litr) üçün 4,4 dollara çatıb.

Trend-in
məlumatına görə, bu barədə Amerika Avtomobil Assosiasiyası
bildirib.

Ölkədə bundan əvvəlki rekord mart ayında qeydə alınmışdı. O
zaman benzinin bir qallonu 4,37 dollara çatmışdı.

Assosiasiya nümayəndələrinin fikrincə, ABŞ-da benzinin
bahalaşmasının səbəbi dünya neft qiymətlərinin 100 dollar həddini
keçməsi ilə əlaqədardır.