ABŞ-ın Viskonsin ştatında avtomobilin Milad paradının iştirakçıları üzərinə hərəkət etməsi nəticəsində həlak olanların sayı 5 nəfərə çatıb.
Trend-in məlumatına görə, daha 40 nəfər müxtəlif xəsarətlər alıb. Onlardan yeddi nəfərinin vəziyyəti ağır qiymətləndirilir.
Polisin məlumatına görə, hadisə yerindən kənarda bir nəfər şübhəli şəxs qismində saxalnılıb.
İlkin ehtimallara görə, həmin şəxs digər insident yerindən uzaqlaşarkən avtomobili sürətlə kütlənin üzərinə sürüb.
İnsidentin təfərrüatları ilə bağlı araşdırma davam edir.