Bu il 113 mindən çox şəxsə elektron qaydada sosial ödəniş təyin edilib

Xəbər - Çingiz Səfərli – AzerTimes:

2021-ci ilin 10 ayı ərzində 113 min nəfərdən çox şəxsə elektron qaydada sosial ödənişlərin təyinatı aparılıb.

Bu barədə AzerTimes-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Pensiya təyin olunan şəxslərin sayı 20 min, müavinət və təqaüd təyin olunan şəxslərin sayı isə 93 min nəfərdən çox olub.

Qeyd edək ki, 2021-ci ilin yanvar-oktyabr aylarında pensiya təminatı istiqaməti üzrə 3 mlrd. 848 mln. manat vəsait ödənilib. Bu, keçən ilin eyni dövrünə nisbətən 3,1% və ya 117 mln. manat çoxdur.

Teqlər: