ABŞ-da atışma olub, polis əməkdaşı ölüb

ABŞ-ın Çikaqo şəhərinin (İllinoys ştatı) Saut-Sayd rayonunda atışma nəticəsində polis əməkdaşı ölüb.

AzerTimes-ın məlumatına görə, bu barədə Chicago Tribune qəzeti hüquq-mühafizə orqanlarına istinadən bildirib.

Məlumata əsasən, daha bir polis əməkdaşının vəziyyəti kritikdir.


Hadisə yerli vaxtla saat 21:30-da 63-cü küçə yaxınlığında baş verib.

Şübhəli şəxs də yaralanaraq xəstəxanaya yerləşdirilib. Polis nümayəndəsi iki nəfərin saxlanıldığını bildirib.