ABŞ-da atışma olub: 3 nəfər ölüb, 5 nəfər yaralanıb

ABŞ-ın Yanqstaun şəhərində (Ohayo ştatı) barda atışma baş verib.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, hadisə yerinə gələn polis əməkdaşları cəlb edilib.

Bildirilir ki, atışma nəticəsində 3 nəfər həlak olub, 5 nəfər isə yaralanıb. Yaralananlar xəstəxanaya çatdırılıb.


Atışmanın səbəbi və digər təfərrüatlar barədə məlumat verilmir.