ABŞ-da atışma baş verib, dörd nəfər yaralanıb

ABŞ-ın Texas ştatının Arlinqton şəhərində məktəbdə baş verən atışma nəticəsində 4 nəfər yaralanıb.

AzerTimes-ın məlumatına görə, bu barədə Arlinqton Polis İdarəsi rəisinin köməkçisi Kevin Kolbye bildirib.

K.Kolbye əlavə edib ki, onlardan ikisi güllə yarası alıb. Üç yaralı xəstəxanaya yerləşdirilib, daha bir nəfərə isi həkim müdahiləsinə ehtiyac olmayıb.

Bildirilib ki, atışma məktəb şagirdi ilə sinifdəki başqa bir şəxs arasında baş verən münaqişədən sonra baş verib.