ABŞ-da AstraZeneca-nın COVID-19-a qarşı dərmanın istifadəsinə icazə verilib

ABŞ Qida məhsulları və Dərmanları Keyfiyyəti üzrə İdarəsi (FDA) Britaniya-İsveç şirkəti “AstraZeneca” tərəfindən COVID-19-un qarşısının alınması üçün hazırlanab “anticismlər kokteyli”nin istifadəsinə icazə verib.

AzerTimes-ın məlumatına görə, bu barədə İdarədən bildiriblər.

Bildirilib ki, ən azı 40 kq ağırlığında bəzi böyüklər və 12 yaşdan yuxarı uşaqlarda COVID-19-un qarşısının alınması üçün AstraZeneca-nın Evusheld dərmanının istifadəsinə icazə verilib:

“Dərman yalnız hazırda SARS-CoV-2-yə yoluxmamış və bu yaxınlarda yoluxmuş insanlarla təmasda olmayan şəxslər üçün təsdiqlənib”.

“Evusheld” iki monoklonal anticism qarışığından (thixagevimab və tsilgavimab) hazırlanıb.