ABŞ-da ard-arda atışmalar olub – Beş ölü

Xəbər - Orxan Nəbiyev – Trend:

ABŞ-ın Kolorado ştatında baş vermiş atışmalar nəticəsində azı 5 nəfər həlak olub.

Trend-in məlumatına görə, insidentlər Denver və Leykvud şəhərlərində baş verib.

Denverdə şəhərin bir neçə hissəsində baş vermiş atışmalarda 3 nəfər həyatını itirib, daha 2 nəfər isə yaralanıb.

Bundan başqa, Leykvud şəhərində naməlum şəxsin polislə atışması zamanı 2 nəfər ölüb, bir nəfər isə yaralanıb.

Bütün hadisələrlə əlaqədar araşdırmalar aparılır.