5G rabitəsinin nasazlığı təyyarədəki avadanlıqlara mənfi təsir göstərə bilər və mülki aviasiyada təhlükəsizlik riski yarada bilər.
AzerTimes-ın məlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər verib.
Federal Mülki Aviasiya İdarəsinin (FAA) mütəxəssisləri aviadaşıyıcıları və telekommunikasiya operatorlarını beşinci nəsil standartın potensial təhlükələri barədə xəbərdar edib. Mütəxəssislər 5G rabitəsindəki nasazlıqlar radio hündürlükölçənlər kimi təyyarələrdə kritik avadanlıqlara təsir edə biləcəyi ilə bağlı narahatlıqları ifadə ediblər.
FAA yeni rabitə standartının təsirini nəzərə almaq üçün təyyarələr və helikopterlər üçün uçuş təlimatlarına yenidən baxılmasını tövsiyə edib.