ABŞ-da 25 yük vaqonu relsdən çıxdı

ABŞ-da 25 yük vaqonu relsdən çıxdı

ABŞ-nin Montana ştatında azı 25 yük vaqonu relsdən çıxıb.

AzerTimes CNN-ə istinadən xəbər verir ki, hadisə nəticəsində vaqonların bir neçəsi çaya düşüb. Onların içində nə olduğu dəqiqləşdirilməsə də, polis təhlükəli maddələrin olmadığını bildirib.

Zərərçəkənlər barədə məlumat daxil olmayıb. Hadisənin səbəbi araşdırılır.

Teqlər: