ABŞ Dəniz Piyadaları Korpusu koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən 206 hərbçini işdən çıxarıb.
Trend xəbər verir ki, bir həftə əvvəl bu rəqəm 169-a bərabər idi.
Prezident Co Baydenin dekabrın 27-də imzaladığı müdafiə büdcəsində peyvənddən imtinaya görə hüquq və imtiyazlardan məhrum edilməklə ordudan kənarlaşdırılmaya yol verilmədiyi təsbit olunub.
Ümumilikdə Dəniz Piyadaları Korpusunun hərbi qulluqçularının 95, ehtiyat qüvvələrdə isə 86%-i ən azı bir doza koronavirus peyvəndi qəbul edib. 3247 dəniz piyadası dini səbəblərə görə peyvənddən azad olunmasını istəyib, 3115 müraciət isə artıq rədd edilib. 1007 hərbçiyə, o cümlədən tibbi səbəblərə görə, peyvənd olunmamağa icazə verilib.