ABŞ-da 186 milyon dollarlıq kokain ələ keçirildi

ABŞ-da 186 milyon dollarlıq kokain ələ keçirildi

ABŞ-ın Sahil Mühafizə Xidməti 186 milyon dollar dəyərində olan 6 ton kokain ələ keçirib.

AzerTimes xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, narkotiklər Atlantik okeanı və Karib dənizi beynəlxalq sularında keçirilən 9 əməliyyat nəticəsində götürülüb.

Qeyd edək ki, BMT-nin mart ayında açıqladığı hesabata görə, son iki ildə həm kokain istehsalı, həm də tələbat dünya miqyasında kəskin şəkildə artıb. Hesabata görə, 2021-ci ildə rekord məbləğdə 2000 tona yaxın kokain müsadirə edilərək götürülüb.

Teqlər: