ABŞ-da 100 avtomobil toqquşub, xeyli sayda ölən və yaralananlar var

ABŞ-ın Texas ştatında ağır zəncirvari qəza olub.

AzerTimes-ın məlumatına görə, Texasın mərkəzi magistral yollarından birində təxminən 100 avtomobil toqquşub. Qəzaya səbəb yolun buzlaşması olub.


Yol qəzasında 6 nəfər ölüb, daha 36 nəfər xəstəxanalara yerləşdirilib.