ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi Çinlə birbaşa məşğul olacaq analitiklər və ekspertlər qrupu yaradır.
AzerTimes xəbər verir ki, bunu ABŞ Hərbi Kəşfiyyatı Baş Qərargah rəisi Con Kirxhofer deyib.
“Bu, çox sadədir. Biz bir bölmə yaratdıq və onun adını Çin qoyduq. Onların işi yalnız Çinlə bağlı olacaq. Sözügedən qrup tam olaraq 2023-cü ilin əvvəlində işə başlayacaq. Qrupda olanlar Pekinlə bağlı informasiya toplayacaqlar”,- o bildirib.