ABŞ Çin və Rusiyanı rəsmi Pxenyana raket buraxılışları ilə bağlı təsir etməyə çağırıb

Çin və Rusiya Şimali Koreyaya “təxribatlardan” çəkinməyə
çağırmalıdırlar.

Trend xəbər verir ki, bunu ABŞ Dövlət departamentinin sözçüsü
Jalina Porter bildirib.

“Çin və Rusiya əlavə təxribatlardan çəkinmək üçün (Şimali
Koreyaya) sərt mesaj göndərməlidir”, Porter cümə günü BMT
Təhlükəsizlik Şurasının iclasından əvvəl müntəzəm mətbuat
brifinqində deyib.

“Biz bütün ölkələri bu cür pozuntulara görə KXDR-i məsuliyyətə
cəlb etməyə çağırırıq və həmçinin KXDR-i ciddi danışıqlar masasına
oturmağa çağırırıq”, – o, əlavə edib.

Bundan əvvəl, Koreya Xalq Demokratik Respublikası (KXDR) martın
24-də Kim Çen Inın birbaşa göstərişi ilə “Hvason-17” qitələrarası
ballistik raketi sınaqdan keçirdiyini təsdiqləmişdir.

Teqlər: