ABŞ casuslarını həbs etmişik – İran

ABŞ casuslarını həbs etmişik – İran

Ölkədə baş verən son iğtişaşlar zamanı İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ kəşfiyyat xidmətlərinə işləyən bir neçə nəfəri həbs edib.

AzerTimes xəbər verir ki, bunu İran İnqilabı Keşikçiləri Korpusu komandirinin müavini kontr-admiral Əli Fədavi deyib.

“Biz son iğtişaşlarda bir sıra şəxsləri həbs etmişik. Məhkəmənin onlar haqda qərar çıxarmasını gözləyirik. Bu insanlar təkcə casus xidmətlərinin bir qolu olan “İran İnternational” telekanalı ilə yox, həm də ABŞ-ın kəşfiyyat xidmətləri ilə də əlaqəli olublar”, – o bildirib.

Teqlər: