ABŞ buna görə Bakını təbrik etməli idi… – Deputat

ABŞ buna görə Bakını təbrik etməli idi… – Deputat

Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına ABŞ-ın reaksiyası ciddi təəssüf doğurur.

AzerTimes xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Dövlət Departamentinin nümayəndəsinin bu məsələni şərh edərkən Rusiyanın etibarsız müttəfiq olduğunu bildirməsi, sülhməramlıların Qarabağdan çıxarılmasını alqışlamaması, əksinə, mənfi tərzdə şərh etməsi ABŞ-ın riyakarlığının göstəricisidir:

“Bu, bir daha onu göstərir ki, ABŞ və Fransa münaqişənin həllinin ən böyük əleyhdarlarıdır və onlar münaqişənin bitməsini istəmirlər. İndiyədək dünyanın bütün bölgələrindən Rusiyanı sıxışdırmağa çalışan ABŞ Qarabağdakı sülhməramlılara yanaşmada fərqli mövqe ortaya qoydu. Əslində, ABŞ münaqişənin başa çatması, sülhün bərqərar olması və sülhməramlı missiyanın çıxmasını alqışlayaraq Azərbaycanı təbrik etməli idi. Əks mövqe ortaya qoyması bir daha göstərir ki, ABŞ regionda davamlı sülhün təmin olunmasında maraqlı deyil və öz geosiyasi məqsədlərini güdür”

Teqlər: