ABŞ Hərbi Hava Qüvvələrinin generalı Mayk Minihan tabeliyində olanlara ünvanladığı memorandumda ABŞ-ın iki ildən sonra Çinlə müharibəyə edə biləcəyini bildirib.
AzerTimes xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
“Ümid edirəm ki, yanılıram. İntuisiya mənə bizim 2025-ci ildə döyüşəcəyimizi deyir”, – memorandumda qeyd edilir.
Memorandumun doğruluğunu ABŞ Hərbi Hava Qüvvələri Nəqliyyat Komandanlığının nümayəndələrindən biri də təsdiqləyib.
Generalın fikrincə, Çin hakimiyyəti 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərindən Tayvana nəzarəti bərqərar etmək üçün istifadə edə bilər.