Sentyabrın 27-də Ağ Evdə Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryanın və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin görüşündə müzakirə olunan sənəddin məxfiliyi pozulub.
AzerTimes xəbər verir ki, Ermənistan mətbuatının yazdıqlarına əsasən, ABŞ tərəfinin mövqeyini nümayiş etdirən bu sənədin surəti “Siloviki” Teleqram kanalının əlinə keçib.
“Sənəddə qeyd olunur ki, Qarabağın tam ərazisi Azərbaycan kimi qəbul olunur. Qarabağ erməniləri öz hüquqlarını yalnız Bakının xüsusi nümayəndəsi ilə müzakirə edə bilərlər. Zəngəzur dəhlizi məsələsi isə Rusiyanın kurasiyası altında həll olunacaq. Qeyd edək ki, məhz bu sənəd oktyabrın 6-da Praqada Paşinyan, Əliyev və Ərdoğan arasında danışıqların əsas mövzusu olub”, – erməni mətbuatı qeyd edir.