ABŞ bu ölkəyə qarşı sanksiyaları yenidən sərtləşdirə bilər

ABŞ bu ölkəyə qarşı sanksiyaları yenidən sərtləşdirə bilər

ABŞ administrasiyası məhbusların azad edilməsi ilə bağlı tələblərini yerinə yetirmədiyi üçün Venesuela hakimiyyətinə qarşı mümkün addımları nəzərdən keçirir.

AzerTimes xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

ABŞ-ın Venesuela hakimiyyətinin “siyasi məhbusları” və “səhv olaraq həbs edilmiş” amerikalıları azad etməməsi fonunda Karakasa qarşı sanksiyaları yenidən sərtləşdirmək niyyətində olub-olmaması ilə bağlı suala Kirbi deyib:

“Bu qərarları qəbul etmək üçün noyabrın 30-u axşama qədər vaxtları olub. Təəssüf ki, etmədilər. Beləliklə, biz indi mümkün siyasi addımlar məsələsinə qayıtmışıq və şansları qiymətləndiririk. Qərar vermə prosesimiz baxımından vəziyyəti qabaqlamaq istəmirəm, lakin indi mövcud variantlara baxırıq”.

Teqlər: