ABŞ: Bu, Kremlin böyük ssenarisinin bir hissəsidir!

ABŞ: Bu, Kremlin böyük ssenarisinin bir hissəsidir!

Ukraynada psevdoreferendumun saxta nəticələrinin elan edilməsi Kremlin böyük ssenarisinin bir hissəsidir. Bu, onu göstərir ki, Rusiya Ukrayna ərazilərinin bir hissəsinin ilhaqını elan etmək niyyətindən əl çəkməyəcək.

AzerTimes xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib.

“Rusiya hökuməti ukraynalıların guya Rusiyanın bir hissəsi olmaq istədikləri yalanını yaymaq üçün nəticələri saxtalaşdırıb. Bütün dünya ukraynalıların Rusiyanın bir hissəsi olmaq istəmədiklərini bilir”, – sözçü bildirib.

O qeyd edib ki, “referendumlar” Kremlin ssenarisi üzrə keçirilib:

“Mülki ukraynalılar evdə axtarılıb, eləcə də küçələrdə saxlanılaraq silahlı insanların iştirakı ilə səsverməyə məcbur ediliblər”.

Teqlər: