ABŞ bu həftə Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsini istisna etməyib

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar variantlarını nəzərdən
keçirməyə davam edir, ola bilsin ki, bu cür tədbirlər bu həftənin
əvvəlində həyata keçirilə bilər.

AzerTimes-ın məlumatına görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Cen
Psaki jurnalistlərin ABŞ-ın bu həftə Rusiyaya qarşı sanksiyalar
tətbiq edəcəyinin mümkünlüyü barədə sualını cavablandırarkən
deyib.

“Bəli, mümkündür. Hələlik variantları nəzərdən keçirməyə davam
edirik, proses davam edir”, – deyə C.Psaki bildirib.

C.Psaki ABŞ prezidenti Co Bayden ilə Qərb müttəfiqləri arasında
Rusiya və Ukraynanı müzakirə edildiyi videokonfransın yekunları
barədə də danışıb.

“Onlar diplomatik fəaliyyətlərini müzakirə etdilər və ciddi
iqtisadi tədbirləri dəstəkləməyə davam etmək üçün səyləri
əlaqələndirdilər”, – deyə C.Psaki bildirib.