ABŞ bombardmançıları Estoniya üzərində

ABŞ bombardmançıları Estoniya üzərində

ABŞ-ın “Boinq B-52H Stratofortress” strateji bombardmançı təyyarələri müttəfiqlərlə birgə təlimlər çərçivəsində Estoniya üzərində uçub.

AzerTimes xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyi məlumat yayıb.

“ABŞ-ın strateji bombardmançı təyyarələri “Boinq B-52H Stratofortress” təlimlər çərçivəsində Estoniya səmasında uçub. Onları Britaniya, Fransa və Rumıniya təyyarələri müşayiət edib”, – nazirliyin məlumatında qeyd olunub.

Bombardmançıların sayı barədə məlumat verilməyib.

Teqlər: