ABŞ BMT-dəki 12 rusiyalı diplomatı persona non qrata elan edib,
onlara martın 7-dək ölkəni tərk etmək tapşırılıb.
AzerTimes-ın məlumatına görə, bunu mətbuat konfransı zamanı
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.
“Mən indicə məlumat aldım ki, ABŞ hakimiyyəti ev sahibi kimi öz
öhdəliklərini kobud şəkildə pozaraq Rusiyanın BMT-dəki missiyasına
qarşı növbəti düşməncəsinə tədbir görüb. Onlar Rusiya missiyasının
əməkdaşlarından 12 nəfəri persona non qrata elan edərək martın
7-dək ölkəni tərk etməyi tələb ediblər”, – deyə V.Nebenzya
bildirib.