Təəssüf ki, ABŞ Senatı tərəfindən təsdiqlənməmiş və aylar, hətta bir il və ya daha çox müddət gözlədilən onlarla səfir təyinatı var. Və bu, əsasən daxili siyasi sövdələşmənin nəticəsidir ki, burada adətən Respublikaçı və ya müxalifətçi Konqres üzvü Prezident Baydeni səfir təyinatı ilə bağlı bir növ qərar verməyə məcbur etmək istəyir.
Bunu AzerTimes-a açıqlamasında ABŞ-ın Bakıdakı keçmiş səfiri Metyu Brayza Prezident Co Baydenin Azərbaycana səfir təyin olunması üçün namizədliyini irəli sürdüyü Mark Libbinin təyinatı ilə bağlı yaranan problemlərdən danışarkən deyib.
“Mark Libbi mənimlə oxşar vəziyyətlə üzləşə bilər. O zaman da ABŞ-dakı yunan, erməni, Kipr diasporlarının üzvləri namizədliyimə qarşı çıxdılar. İndi də Markın Azərbaycana namizədliyinə qarşı çıxırlar, çünki ikimiz də Kipr, Türkiyə və Yunanıstan üzərində işləmişik. Mən Ermənistan və Azərbaycan üzərində də işləmişəm.
Adını çəkdiyim həmin diasporlar Vaşinqtonda çox fəaldır və çox səs-küylüdürlər. Onların taktikalarından biri ABŞ-ı məcbur etməyə çalışmaqdır. Onlar prezidentin Azərbaycan və ya Türkiyəyə səfir təyin etmək istədiyi şəxsin namizədliyini dayandırmaq istəyirlər.
Mən Mark Libbi ilə işin bütün təfərrüatını dəqiq bilmirəm, amma təxmin edirəm ki, qeyd etdiyim amillər onu saxlayıb”, – Brayza bildirib.