ABŞ Azərbaycanın azad edilmiş ərazilərində işləyən daha çox Amerika şirkəti görmək istərdi – Səfir

ABŞ Azərbaycanın azad edilmiş ərazilərində işləyən daha çox
Amerika şirkəti görmək istərdi.

Trend-in məlumatına görə, bunu ABŞ-ın
Azərbaycandakı səfiri Erl Litsenberger səfirlikdə keçirilən “Açıq
qapı” günündə deyib.

Onun sözlərinə görə, azad edilmiş ərazilərin minalardan
təmizlənməsi və bərpası keçmiş qaçqınları öz doğma yurdlarına
qayıtması baxımından çox vacibdir və ABŞ bu prosesi
dəstəkləyir.

“Amerika şirkətləri artıq azad edilmiş ərazilərdə, energetika,
minaların təmizlənməsi kimi sahələrdə işləyir, amma onların sayının
artması yaxşı olardı”, – səfir deyib.

O bildirib ki, ABŞ şirkətləri azad edilmiş ərazilərdəki
layihələrdə iştirakını açıq tenderlərdə iştirak etməklə
genişləndirə bilər.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: