ABŞ-a ikinci böyük zərbə: Bu ölkədən də çıxır

ABŞ-a ikinci böyük zərbə: Bu ölkədən də çıxır

ABŞ yaxın günlərdə onlarla xüsusi təyinatlı hərbçisini Çad Respublikasından çıxaracaq.

AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri məlumat yayıb.

Məlumata görə, 75 hərbçinin çıxarılması gözlənilir. Onlar Çadın paytaxtı Ncamenanı tərk edəcəklər.

Qeyd edilir ki, bu, ABŞ-ın Qərbi və Mərkəzi Afrikadakı mövqelərinə “bir həftə ərzində ikinci böyük zərbə” olacaq.

Xatırladaq ki, bundan əvvəl Amerika administrasiyası ABŞ qüvvələrini yaxın aylarda Nigerdən çıxaracağını bəyan etmişdi.

Teqlər: