ABŞ 329 il əvvəl cadugərlikdə ittiham olunan qadına bəraət verilib

ABŞ-ın Massaçusets ştatında 1693-cü ildə cadugərlikdə ittiham
olunaraq barəsində ölüm hökmü çıxarılan Elizabet Consonun işinə
baxılıb.

Trend xarici
KİV-ə istinadla xəbər verir ki, dinləmələrin nəticələrinə görə,
ştat Elizabet Consona bəraət veriblər. Qadın, 1693-cü ildə
cadugərlikdə təqsirli bilinərək “Salem ifritə məhkəmələri”
adlandırılan prosesin qızğın vaxtında ölüm cəzasına məhkum
edilib.

Qeyd olunur ki, E. Conson hökm çıxarılandan sonra edam
edilməyib, lakin ona bəraət də verilməyib.

Bununla bağlı araşdırmaların başlanması Şimali Andover
məktəbinin 8-ci sinif şagirdlərinin təşəbbüsü nəticəsində baş
tutub.