ABŞ 16 ölkəyə 713 milyon dollar hərbi yardım göstərəcək

ABŞ dövlət katibi Entoni Blinken və Pentaqonun rəhbəri Loyd
Ostin Kiyevə səfərləri zamanı Vaşinqtonun Ukrayna və digər 15
Avropa ölkəsinə hərbi yardım məqsədilə 713 milyon dollar
ayıracağını bəyan ediblər.

Trend xəbər verir ki, bu barədə “Associated Press” məlumat
yayıb.

Məlumata əsasən, sözügedən hərbi yardımın 322 milyon dolları
Ukraynaya veriləcək, qalan hissəsi isə Şərqi və Mərkəzi Avropa
ölkələri arasında bölüşdürüləcək.