Rusiyalı iş adamı Roman Abramoviçin Türkiyə klubunu satın almaq istədiyi barədə məlumat yayılıb.
AzerTimes xəbər verir ki, məsələyə iş adamının mətbuat xidməti reaksiya verib.
“Yayımlanan məlumatlar həqiqətə uyğun deyil. Abramoviç İstanbula köçməyib və türk futbol klubu almaq fikrində deyil”, – mətbuat xidmətindən bildirilib.