“Vəzifədən çıxarılan” nazir 95 yaşlı rektorla görüşdü

“Vəzifədən çıxarılan” nazir 95 yaşlı rektorla görüşdü

Mədəniyyət naziri Anar Kərimov bu gün Azərbaycanın tanınmış və istedadlı heykəltəraşı, xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovla görüşüb.

Bu barədə AzerTimes-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir rəssamı Mədəniyyət Nazirliyinin kollektivi adından 95 illik yubileyi münasibətilə təbrik edib, uzun illər ərzində Azərbaycan rəssamlıq və heykəltəraşlığının təbliği və inkişafında göstərdiyi xidmətlər və gördüyü əvəzsiz işlər üçün ona dərin təşəkkürünü bildirib, həmçinin “Şuşa 270” döş nişanı ilə təltif edib.

Qeyd edək ki, bu gün Anar Kərimovun vəzifədən azad edildiyi haqda sosial şəbəkələrdə iddia yayılmışdı.

Teqlər: