Abituriyentin əvəzinə imtahana başqası gəldi

Xəbər - Elçin Mehdiyev – Trend:

Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta təhsil səviyyəsi üzrə bu gün keçirilən imtahanda abituriyentin əvəzinə başqa şəxs imtahana gəlib.

DİM-dən AzerTimes-a verilən məlumata görə, bundan əlavə 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

Dövlət qulluğuna qəbul imtahanında isə 1 nəfərdə mobil telefon aşkar edilib. Qeyd olunan qayda pozuntuları protokollaşdırılıb və müvafiq araşdırma aparılacaq.


Twitter: @ElchinMehdiyev

Teqlər: